Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dədə Ələsgər Ocağı İctimai Birliyi “Kitab sənayesi sahəsində statistik vəziyyətin öyrənilməsi və təkliflər paketinin hazırlanması” adlı layihə həyata keçirir. Layihəmiz kitab sənayesi sahəsində mövcud vəziyyəti öyrənmək məqsədilə üç əsas istiqaməti – nəşriyyatlar, kitabxanalar və kitab mağazalarını əhatə edir. Təqdim olunan bu sorğu anketi Azərbaycanda fəaliyyət göstərən nəşriyyatların mövcud durumunu öyrənməyi və bu sahənin inkişafı üçün təkliflər paketi hazırlamağı nəzərdə tutur. Sorğunu dolduraraq bu təşəbbüsə dəstək verdiyiniz üçün öncədən təşəkkür edirik.